Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


25.11.2022  08:35 

Daxmanı xatırladan məktəb - VİDEO





A+  A-

Tərtər rayonunda Kəlbəcərdən məcburi köçkün olan şagirdlərin təhsil aldıqları məktəbin binası qəzalə vəziyyətdədir.

XəzərNews.az xəbər verir ki, söhbət birmərtəbəli daxmanı xatırladan tikilidən, əslində isə Kəlbəcər rayon 127 saylı orta məktəbdən gedir.

Məktəbin damını külək aparmaması üçün üzərinə daşlar yığılıb. Tikilinin içi də acınacaqlı vəziyyətdədir- tavan uçub, oturacaq və lövhələr də köhnədir.

Tərtərin Həsənqaya kəndində yerləşən təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkün ailələrinin məskunlaşdığı ərazidə fəaliyyət göstərir.

Qış aylarında vəziyyət daha da acınacaqlı olur.

Problemlə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən məktəb uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Binanın dam örtüyünün əsaslı təmirə ehtiyacı var. Artıq mövcud problemlə bağlı tikinti təchizat sektoruna məlumat verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:



Xəbər 1004 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +