Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


17.11.2022  12:21 

Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçuruq





A+  A-

“Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”.

XəzərNews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.

O qeyd edib ki, Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür: “Eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir. Müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kompaniyanın vəziyyətinə diqqət yetirin.

Auditdən sitat: Kovidlə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir.

Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə-Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz”, - deyə Zahid Oruc vurğulayıb.

Xəbər 902 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +