Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


21.10.2022  12:14 

Rominanın uğurundan Fuad Muradova pay düşürmü?





A+  A-

Bir neçə gündür ki, sosial şəbəkələrin bizə aid olan seqmenti İsveçin iqlim və ətraf mühit naziri təyin olunan Romina Purmoktaridən yazır. İranəsilli sayıldığı üçün, onun etnik azərbaycanlı olduğunu iddia edənlər bu xəbəri böyük sevinclə paylaşırlar.

Ən qəribəsi budur ki, Fuad Muradovun diaspor siyasətinə dəstək verən saytlar, jurnalistlər və blogerlər İsveçdə doğulub boya başa çatan, miliyyəti hələ tam məlum olmayan, Azərbaycan dilində bir kəlmə də olsun bilməyən bu xanımın uğurunu beynimizə Azərbaycan diaspor siyasətinin və az qala Fuad Muradovun uğuru kimi sırımaq istəyirlər.



Narahat olmayın, bizim diasporumuzun dəstək verdiyi adamlar xaricdə dövlətin ayırdığı pullar hesabına özlərinə bahalı plastik əməliyyatlar etdirir, Türkiyənin kurort yerlərində vilalalar alırlar. Onlar yaşadığı cəmiyyətlərə inteqrasiya edilməkdə maraqlı deyillər. Çünki dolanışıqları Azərbaycanla əlləşməkdən çıxır.

Yerdə qalanları isə Diaspor Komitəsinin ayırdığı puldan pay əldə etmək üçün bir-birlərini qırırlar. Hətta bu xanımın qanı bizdən olsa belə, onun Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Özünüzə başqa uğur hekayələri axtarın!

Məhəmmədəli Qəribli

Xəbər 1115 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +