Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


20.10.2021  23:28 

“Üz dərisini soydum ki, tanınmasın...“ - Qayınata gəlinini belə öldürüb





A+  A-

32 yaşlı gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan qayınataya hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin çıxardığı hökmə əsasən, 75 yaşlı İdris Məhərrəmov 18 il azadlıqdan məhrum edilib.

İdris Məhərrəmov ifadəsində deyib ki, gəlini Banu Məhərrəmovanın başqa kişilərlə münasibətinə görə dəfələrlə ona xəbərdarlıq edib, aralarında mübahisələr olub. Sonuncu mübahisədən sonra onu öldürməyə qərar verib.

İdris Məhərrəmovun sözlərinə görə, qətli evdə kimsə olmadığı vaxtda həyata keçirməyi planlaşdırıb. Həyat yoldaşı evdə olmayanda, nəvələrinin isə başı oynamağa qarışanda gəlininin başına çəkiclə vurub. Banu Məhərrəmova yıxılanda onu sürüyə-sürüyə zirzəmiyə gətirib. Orada da onu bıçaqla öldürüb. Bundan sonra meyiti doğrayıb, üz və qarın nahiyəsində dərisini soyub ki, hissələr tapılanda tanınmasın. Ardınca meyiti yığdığı torbaları Binəqədi qəsəbəsindən gətirib, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindəki zibil qutularına atıb.

İdris Məhərrəmov iddia edir ki, gəlininin hərəkətlərinə görə oğlu evdən getmişdi, qızları o evə gəlmirdi:

"Mən ona demişdim ki, sən hansı evdə bu cür hərəkətlər eləsən, səni boğub öldürərlər. Mənə demişdi ki, onu eləmək üçün "dux" lazımdı..."

Meyit zibil qutularında tapılandan sonra ətrafdakı videokameralar vasitəsilə onu İdris Məhərrəmovun ora atdığı müəyyənləşdirilib. /Meydan TV/

Xəbər 2420 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +