Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


05.10.2021  20:50 

“Üzərimizdən keçir, başımıza dəyənəklə vururdular“





A+  A-

Üzərindən 28 il keçməsinə baxmayaraq, hələ də ona verilən ağır işgəncələrdən ürək ağrısı ilə danışır. Onun ermənilərə olan nifrət hissi heç vaxt sönməyəcək...

Kəlbəcər rayonu sakini Mikayıl Abutalıbov doğma rayonu işğal olunan zaman əmisinin ailəsinin rayonda qaldığını eşidir.

Onları xilas etmək üçün məskunlaşdıqları Bərdə rayonundan yeznəsi və bacanağı ilə birlikdə Kəlbəcərə gedir. 19 may 1993-cü ildə isə 5 nəfər erməni hərbçi tərəfindən girov götürülür.

Mikayıl Abutalıbov deyir ki, erməni hərbçiləri onunla birlikdə digər girovları da Şuşa türməsinə apardıqdan sonra burada onlara müxtəlif işgəncələr veriblər. Slavik adlı erməni onu döydükdən sonra başına bıçaqla vuraraq ağır xəsarət yetirib.

Mikayıl Abutalıbov Şuşa türməsində girovluqda saxlanılarkən həbsxanda 7-8 Azərbaycan vətəndaşının verilən işgəncələr səbəbindən qətlə yetirilməsinin də şahidi olub. Deyir ki, erməni hərbiçiləri istədikləri girovu döyürdülər, istədiklərini də öldürürdülər. Əsir və girovlara işgəncə verməklə kifayətlənməyən erməni hərbiçiləri onları Şuşa türməsinin yaxınlığında olan meşədə işlədirmişlər. Girovların arasında ağır iş rejiminə dözməyərək ölənlər də olub.

Mikayıl Abutalıbov 4 iyul 1994-cü ildə girovluqdan azad olunub. Hazırda Bərdədə yaşayan bu şəxs, hələ də ona verilən işgəncələrin acısını yaşayır.

Videomaterialı təqdim edirik:




Xəbər 1818 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +