Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


09.07.2021  18:25 

Hərbi əlillik üçün müraciət edən 463 nəfərə yox cavabı verildi





A+  A-

“Əlillik müddəti başa çatmış və xüsusi səbəbdən əlilliyi olan şəxslərin növbəti müayinələri əyani şəkildə aparılır. Əyani müayinələr zamanı sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyininə əsas verməyən hallarda əlillik təyinatı da aparılmır”.
XəzərNews.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

İ.Yusifovun sözlərinə görə, hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik, yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir.

“Əks halda hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir. İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb”.

Agentlik rəsmisi deyib ki, indiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib:

“Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib”.

İ.Yusifov bildirib ki, ümumilikdə son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı ləğv edilib.

Xəbər 2470 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +