Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


08.02.2020  11:21 

Daha bir qurum havaya görə iş rejimini gücləndirdi





A+  A-

“İlin 365 günü 24 saat fasiləsiz olaraq elektrik enerjisi istehsal etdiyindən hər zaman növbətlilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ASC hava şəraitinin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, iş qrafikini bir qədər də gücləndirib”.
Bu barədə XəzərNews.az-a məlumat verən “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər.

Teymur Abdullayevin sözlərinə görə enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün lazımı ehtiyat güc saxlanılması, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də xüsusi vurğulanıb: “Eyni zamanda “Azərenerji” ASC-nin müəssisələrinin, o cümlədən mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də xüsusi nəzarətə götürülüb”.

Xəbər 1673 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +