Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi


11.12.2019  16:37 

Araz Ağalarov 183 milyonluq hərracı uddu





A+  A-

Moskvaətrafı “Lotoşinsk” balıq fabriki yaxınlığındakı əmlakın satılması ilə bağlı hərracı “Lotofiş” şirkəti qazanıb.
XəzərNews.az-ın “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, şirkətin 90 faizi azərbaycanlı milyarder Araz Ağalarovun sahibi olduğu “Krokus” Səhmdar Cəmiyyətinə məxsusdur.

Qeyd olunur ki, hələ SSRİ-nin vaxtında qurulan müəssisə 2010-cu ildə müflis elan edilib. Kreditorlardan biri olan “Vozrojdenie” bankı 2015-ci ildə zavodun əmlakını törəmə şirkətlər vasitəsilə satın alıb və indi də satmaq qərarına gəlib.

Ağalarovun şirkəti yeganə iddiaçı olub və zavod üçün ilkin qiymət olaraq irəli sürülən 183 milyon rubldan 120 milyon rublu təklif edib.

“Crocus Group”un nümayəndəsi əldə edilmiş aktivi necə dəyərləndirəcəklərini şərh etməyib.

Xəbər 1438 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +