Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


04.10.2019  13:45 

Rəisin qaçdığı partlayış işində çilingərlə mühəndisə hökm oxundu





A+  A-

Masallı rayonunda ötən ilin dekabr ayında baş verən partlayış zamanı 3 azyaşlı uşağın ölməsinə görə təqsirləndirilən qaz idarəsinin iki əməkdaşına hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Masallı rayon Məhkəməsinin hökmü ilə Masallı rayon qaz idarəsinin mühəndisi Əlipənah Əhədov 5 il 6 ay, çilingər Məhəmməd Nuriyev isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar bu ilin martın 28-də, ikinci məhkəmə iclasında həbs ediliblər.

Təqsirləndirilənlər işə laqeyd yanaşmaqla baş verə biləcək hadisənin qarşısını almaq üçün heç bir tədbir görməməkdə ittiham edilirlər. Onların rəisi, 39 yaşlı İdrak Əsədli isə ölkədən qaçaraq istintaqdan yayınıb.

İttihama görə, partlayış zamanı ölən 13 yaşlı Əli Müseyibov bir neçə dəfə 104 xidmətinə zəng edərək qapılarının önündəki ana qaz xəttində sızma olması haqda məlumat versə də, buna etinasız yanaşılıb. Bir dəfə çilingər Məhəmməd Nuriyev gəlib əraziyə baxıb və rəis İ.Əsədliyə məlumat verib ki, bu sızmanın aradan qaldırılması üçün texnika və işçi qüvvəsi lazımdır. Növbəti gün İdrak Əsədli həmin işi mühəndis Ə.Əhədova tapşırıb. Ə.Əhədov da həmin yerə M.Nuriyevi göndərmək istəyəndə, Nuriyev təkbaşına bir şey edə bilməyəcəyi üçün ora getməkdən imtina edib.

Bir gün sonra isə evə qazın dolması ilə baş verən partlayış nəticəsində Ə.Müseyibov, qardaşı Məhəmməd və dayısı oğlu Sənan vəfat edib.

Xəbər 1332 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +