Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


12.01.2019  10:43 

Fala baxmaq adı ilə 5 minə yaxın pulu mənimsədi





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün həmcinsinə qarşı dələduzluq etmiş qadın polis orqanları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, Sabunçu qəsəbəsində yaşayan bir qadın polisə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin ümumilikdə ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib. Onun barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxsin fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər

Xəbər 1242 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +