Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


25.09.2018  18:34 

2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu





A+  A-

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Prezidentə təqdim olunub.
Bu barədə XəzərNews.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Nazirlər Kabinetinin sentyabrın 24-də keçirilən iclasından sonra qərara alınıb ki, “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim olunsun.

Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun sədrliyilə keçirilmiş dünənki iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Xəbər 1588 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +