Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


25.09.2018  17:32 

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb





A+  A-

Efiopiyada polis etnik toqquşmalarda iştirak etmiş insanların hamısını həbs edib.
XəzərNews.az yerli KİV-ə istinadən xəbər verir ki, indiyə kimi 28 nəfərin ölümünə səbəb olmuş və 3 gündavam etmiş toqquşmalarda 1200 nəfər polis tərəfindən saxlanılıb.

Toqquşmalar ölkənin Oromiya bölgəsində qeydə alınıb.

Sentyabrın ortalarında bölgənin yerli əhalisi bir vaxtlar terrorçu qruplar siyahısına daxil olan “Oromo Azadlıq Cəbhəsi” təşkilatına dəstək üçün küçələrə çıxıb. Daha sonra yerli əhali ilə oraya gəlmiş gənclər arasında toqquşmalar başlayıb və 3 gün bu toqquşmalar davam edib.

Yerli polis bu vaxt ərzində 28 nəfər qətl edildiyini bildirib.

Saxlanılanların ölkənin cənub-qərbindəki hərbi təlim lagerlərinə göndərildiyi qeyd edilir.

Burada onlar reabilitasiya keçəndən sonra buraxılacaqlar.

Qeyd edək ki, avqusta Efiopiya hökuməti və “Oromo Azadlıq Cəbhəsi” təşkilatı arasında barışıq imzalanıb. Bu vaxta kimi bu təşkilat ölkə ərazisində terror təşkilatı kimi tanınıb.

Xəbər 1649 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +