Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


09.10.2017  13:46 

Yeni ədəbi sayt fəaliyyətə başlayır





A+  A-

YazYarat.com saytı öz müəlliflərini gözləyir
Ədəbi aləmə yeni bir sayt gəlir. Bildirmək istəyirik ki, yazyarat.com adlı portalın yaradıcısı proqramçı Aqşin Firuzdur. Sayt rəhbəri həm də publisist və tərcüməçidir. O, indiyəcən ingilis, rus və Türkiyə türkcəsindən bir sıra elmi və bədii əsərlər tərcümə edib.
Aqşin Firuz Türkiyədəki ODTÜ-də təhsil almış, V.N Karazin adına Xarkov Dövlət Universitetini bitirmişdir.
YazYarat.com böyük ədəbiyyat portalıdır. Burada hər bir müəllif qeydiyyatdan keçərək öz əsərini sərbəst şəkildə, necə deyərlər, pulsuz-parasız, xahiş-minnətsiz yerləşdirə bilər.
Əsasən, Azərbaycan, rus və ingilis dilllərində fəaliyyət föstərən YazYarat.com saytına istənilən dildə əsər yerləşdirmək mümkündür. Virtual aləmdə yeni qədəm atan saytda müəlliflərin eyni vaxtda onlaynda bir-birləri ilə yazışmaq, habelə öz qələm yoldaşlarının, həmkarlarının əsərləri barədə fikir söyləmək imkanı vardır. Saytdakı materiallar dörd bölümdə dərc edilir: Proza, Poeziya, Dramaturgiya, Kritika.
Bundan başqa, müəlliflərin keçirəcəkləri tədbirləri işıqlandırmaq üçün xüsusi səhifə nəzərdə tutulmuşdur.
Saytıh yaradıcısı düşünür ki, yeni portal ədəbiyyatımızın dünya çapında təbliği və təşviqi sahəsində mühüm rol oynaya bilər.
Bu günlərdə yeni saytın geniş təqdimat mərasimi keçiriləcək.
Yeri gəlmişkən, qeyd edək ki, saytın rəhbəri Aqşin Firuz tanınmış yazıçı-filosof Firuz Mustafanın oğludur.

XəzərNews.az

Xəbər 1719 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +