Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


29.09.2017  12:07 

Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi





A+  A-

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.
XəzərNews.az unikal.org-a istinadən xəbər verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.

Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev("Rövşən Lənkəranski”) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.

Xəbər 1594 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +