Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...


09.01.2025  14:10 

Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm





A+  A-

“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş Babək Rzayevlə bağlı məhkəmə araşdırması sona çatıb

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onunla əlaqədar Naxçıvan Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Vəkil müştərilərindən müqavilədənkənar pul alaraq onlara vəzifəli şəxslər vasitəsilə məhkəmə işlərində kömək edəcəyini vəd verməkdə ittiham edilib.

B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, sonradan ev dustaqlığına buraxılıb. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

Məhkəmənin yekun hökmü ilə isə Babək Rzayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca qandallanaraq həbsə göndərilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

Xəbər 2051 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +