Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...


07.03.2024  16:53 

Bu il ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək





A+  A-

Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək.

Xəzərnews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu il fevralın 7-də keçirilən prezident seçkilərində əvvəlkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub.

Qurum sədri bildirib ki, bu da MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: “ 7 fevral seçkiləri ölkəmiz üçün tarixi seçki idi. Çünki seçkilər ilk dəfə ölkənin = bütün ərazilərində keçirilirdi”.

M. Pənahov əlavə edib ki, bu il həm də Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: “Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi də davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.

Xəbər 987 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +