Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


01.04.2025  15:40 

“Şərurlu İsfəndiyar”a görə şərurlular niyə vurulur?





A+  A-

İş adamı İsfəndiyar Axundovun son müsahibəsi geniş müzakirələrə səbəb olub. Normaldır, hər halda cansız, solğun müsahibə müzakirə edilməzdi. İntəhası, İ.Axundovun üzərindən Şərur rayonu və ya şərurlulara qarşı linç prosesi müşahidə edilir.

Şərur rayonu tarix boyu Azərbaycan elminə, ictimai-siyasi həyatına böyük şəxsiyyətlər bəxş edib.

Hələ çar dövründə Şərur generallar yetirmişdi və onlar bizə böyük tarixi irs qoyub getdilər.

Mən hələ məktəbli ikən Şərur rayonun mərkəzində böyük, izdihamlı mitinqi xatırlayıram: rayon sakinləri Bakıdan Naxçıvana gələn və təhlükələrə sinə gərməyə çalışan Heydər Əliyevi bağırlarına basmışdılar.

Nümunələri uzatmaq olar...

90-cı illərdə Şərur artilleriya atəşlərinə də məruz qaldı, düşmənin ardıcıl və sistemli hücumlarına da.

Amma şərurlular qaçmadılar, döyüşdülər, şəhidlərimiz oldu, qeyrətli oğlanların sayəsində erməni silahlı birləşmələri Şərura daxil ola bilmədilər.

Hansı ki, şərurlular bu cür mətanətlə döyüşməsəydilər, ölümə meydan oxumasaydılar Azərbaycanın Türkiyə ilə yeganə sərhəd xətti işğalçıların nəzarətinə keçəcəkdi.
Ermənistan üçün həyati əhəmiyyət daşıyan bu plana vətən övladları öz həyatları bahasına mane olmağı bacardılar.

Və bu igid döyüşçülər nə paytaxt Bakıdan ( dövrün şərtlərində bu mümkün deyildi), nə də hər hansı bir dost ölkədən yardım almadılar.

Yəni bu dediklərim bütün Naxçıvana aiddir.

Bəhs etdiyim iş adamını təqdir etmək olar, etməmək də. Amma Şərur rayonu haqqında ümumi mülahizə yürütməyə çalışanda (ümumiyyətlə, hər hansı bir bölgəmiz haqqında) diqqətli olmaqda fayda var.

Bəhruz Həsənov

Xəbər 2065 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +