Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?


23.03.2025  22:07 

Kiyevdə “Beynəlxalq Novruz Bayram”ı tədbiri keçirilib





A+  A-

Bu gün Kiyevin Dniprovskoqo rayon Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu və Kiyev Şəhər Administrasiyasının mədəniyyət departamentinin dəstəyilə Novruz Bayramı tədbiri keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov, Ukraynanın xalq artisti Qurban Abbasov iştirak ediblər.

Tədbirdə çıxış edən Elşad İbrahimov müharibə şəraitinə baxmayaraq belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. E.İbrahimov Azərbaycan xalqı və Ukraynada yaşayan azərbaycanlılar olaraq sona qədər haqlı tərəfin - Ukraynanın yanında olacaqlarını qeyd edib.

Novruz bayramının adət-ənənələrinin təbliği ilə davam edən tədbir musiqi sədaları altında başa çatıb.







Xəbər 3296 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +