Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.04.2023  13:01 

Paşinyan: “Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq”





A+  A-

Baş nazir Nikol Paşinyan Ermənistanla Türkiyə arasında normal münasibətlər qurmaq üçün böyük fürsət görür. Onun sözlərinə görə, Ermənistanın Türkiyədə baş verən zəlzələyə reaksiyasından sonra ehtimal artıb.

XəzərNews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə toxunaraq qeyd edib:

“Ölkələrimiz arasında normal münasibətlər qurmaq üçün böyük imkan var. Bu ilin əvvəlində Türkiyəni vuran fəlakətli zəlzələyə bəşəri, qonşuluq dəyərlərinə əsaslanan məntiqlə cavab vermək qərarına gələndə bu imkan daha da artdı. Türkiyə hökuməti və ictimaiyyəti bizim hərəkətlərimizi belə qəbul etdi”.

Paşinyan qeyd edib ki, bu müddət ərzində tarix anlayışı və ondan irəli gələn problemlər dəyişməsəydi, Türkiyəyə xilasetmə qrupu və humanitar yardım göndərilməsi qərarı verilməzdi. Türkiyə Ermənistanın səmimiyyətinə inanmasaydı, Marqara körpüsünü yük və xilasetmə qrupları üçün açmazdı.

“Xarici işlər naziri Mirzoyanın Ankaraya səfəri zamanı Türkiyə Xarici İşlər Nazirliyinin qarşısında dalğalanan onlarla bayrağımız təkcə parad atributu deyil, həm də ümidsizliyin hökm sürdüyü yerdə ümidin yarana biləcəyinin heyrətamiz sübutu oldu. Və ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq və normal mehriban qonşuluq münasibətlərinin inkişafı üçün zəmin yaradacaq”, - Paşinyan bildirib.

Xəbər 968 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +