İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


25.08.2022  16:05 

İnsult...





A+  A-

İnsult - beyin qan dövranının kəskin pozulmasıdır. İnsultun iki tipi fərqləndirilir: işemik və hemorragik. İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

Hemorragik insult - serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın kəllə boşluğuna axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır.

İnsult ehtimalını artıran amillər - risk faktorları:

- yaş faktoru (45-60 və daha artıq yaş);
- irsiyyət (yaxın qohumlarda insult halları);
- hipertoniya xəstəliyi;
- siqarət çəkmə;
- alkoqol içkilərə meyllilik;
- piylənmə;
- xolesterinin yüksək səviyyəsi, ateroskleroz (damarların xolesterinlə ”zədələnməsi”);
- şəkərli diabet;
- ürək-damar xəstəlikləri;
- fiziki fəallığın az olması.

Bu amillərdən hər hansı biri Sizdə mövcuddursa, məsləhət üçün hökmən həkimə müraciət edin.

İnsultun ilk simpromları:

Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi.

Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması.

Danışma qabiliyyətinin pozulması.

Baş gicəllənmədən,ayağadura bilməməkdən şikayətlər.

Qəfildən güclü başağrısı başlaması.

Arterial təzyiqin düşməsi.

Xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarət yüksəlir.

Udma qabiliyyətinin pozulması.

Qıcolma tutmaları.

Şüur pozulması.

İnsultun profilaktikası

Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmalısız. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini qaydada saxlamaq lazımdır.

İnsanlar özlərinə sakitləşdirici hobbi tapsalar yaxşı olardı: krossvord etməyə, əsərlər yazmağa, güllər əkməyə həvəs göstərsinlər.

Qalib Əsədov


Xəbər 1937 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +