Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu


02.12.2021  13:50 

Təxribatdı, dövlətə qarşı sabotajdı!





A+  A-



Saleh Rüstəmov azad olunmalı idi!

O adın üstündə siyasət və təxribat qurulmasına imkan verilmədən!

Prosesin haraya getdiyini günlər öncədən görməmək mümkün deyildi...

Manevr imkanları var idi, dünənə qədər!

İndi nə edilsə, adı manevr olmayacaq.

Humanizm olmayacaq!

"Geri çəkilmə", deyiləcək...

Dünən Tofiq Yaqublu döyülməməli idi.
Döyüldü!
Səhvdi!
Cinayətdi!
Sui-qəsddi!

Tofiq Yaqubluya və Azərbaycan adlı dövlətimizə münasibətdə!

...Elə adam döyməzlər.
Vətəndaşı heç döyməzlər.

Qarabağ müharibəsi qazisinə əl qaldırmaq olmaz.
Heç erməni əsirlərini elə döymürük.

Əsgər smartfonlarından yayılan kadrlara baxmısınız.
Kimsə tapılır və kadr arxasından "...ə, başına vurma", deyir...

Tofiq Yaqublunu döyəndə, o sözü deyən olubmu, heyət arasında...
Amansızca və düşməncə!

Təxribatdı, dövlətə qarşı sabotajdı!
Bunu edənlər cəzalanmalıdır!

Onun dili zəhərdi, dedikləri bəzi hallarda dözülməzdi!
Leksikonu, iddiaları ifrat, qərəzi, kini ölçüsüz...

Amma məhz bu hallarda dövlət ərkanı adına "iqnor" ən müdrik gedişdi!
Siyasi dözüm nümunəsidi, həm də!

Göstəricidi - bir çox məqamlar üzrə Azərbaycan iqtidarının dözüm əmsalıdı...
Siyasi fənddi...

Qarşıdakının dediklərini və özünü təsirsizləşdirməkdir!
Dövlətin ideoloqları və siyasi texnoloqları!

30 noyabr helikopter qəzasından sonrakı 10 saat ərzində harada idiniz?
Bu boyda boşluq buraxılarmı!

Tofiq Yaqublu olayı dünyanın info məkanını zəbt edib!
Haradasız?

Bur tvit, bir təəssüf, "keçmiş olsun" mesajı...
Xəstəxanada, evdə ziyarət!

Təxribatları, informasiya axınlarını yönəltmək, yön vermək!
Sizlər bu günlər və ekstremal hallar üçün, çevik qərarlar üçün lazımsınız!

...10 dekabr və 15 dekabr tarixləri üçün Bakıdan Ermənistana ötürülən paslara imkan verilməməlidir!

Verilməməli idi!!!
3 pas ötürüldü!

Sizə dəyib, "rekaşet" verib, "qol" oldu...

Rauf Arifoğlu

Xəbər 5933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +