“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb


13.02.2025  13:09 

Bank kartlarını dələduzlardan necə qoruyaq?





A+  A-

Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsaitin talanması haqqında məlumat paylaşıb. Məlumata görə, ötən il təxminən 178 pensiyaçı aldadılıb.

Bəs dələduzların qurbanı olmamaq üçün nələrə diqqət etmək lazımdır?


Bununla bağlı informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür kiber hücumlar, xüsusilə bank kartlarından vəsaitin oğurlanması, hər zaman təhlükə yaradır və insanlar bu təhlükələrə qarşı daha diqqətli olmalıdırlar:

“Dələduzluqdan və kiber hücumlardan qorunmaq üçün aşağıdakı tövsiyələrə qeyd etmək olar. Güclü və kompleks şifrələr istifadə edin. Şifrəni heç vaxt sadə və təxmin edilə bilən formatda qoymayın (məsələn, doğum tarixi və ya sadə ardıcıl rəqəmlər).

Müxtəlif platformalar üçün fərqli şifrələr istifadə edilməlidir. Bank hesablarınıza və digər vacib hesablarınıza iki faktorlu doğrulama əlavə edin. Bu, hesablarınızda əlavə təhlükəsizlik təmin edir. Telefon, email və ya SMS vasitəsilə göndərilən şübhəli bağlantılara daxil olmayın.

Əgər bir bank və ya digər rəsmi qurumdan mesaj alırsınızsa, bunun həqiqiliyini təsdiqləmək üçün birbaşa onların müştəri xidmətinə zəng edin. Bank əməliyyatlarını yalnız etibarlı və rəsmi bank tətbiqlərindən və saytlarından həyata keçirin. Şübhəli və tanımadığınız saytları istifadə etməyin”.

Ekspert əlavə edib ki, kiber hücumların qarşısını almaq üçün antivirus proqramları və digər təhlükəsizlik tədbirlərindən istifadə edilməlidir:

“Telefonunuza və ya kompüterinizə zərərli proqramların yüklənməməsi üçün diqqətli olun. Pirat proqramlar yüklməyin. Kart məlumatlarınızı heç kimə verməyin. Kart məlumatlarınızı yalnız etibarlı və rəsmi bank saytlarında daxil etmək olar. Bank hesabınızdakı hər bir əməliyyatı müntəzəm olaraq yoxlamaq lazımdır.

Əgər hər hansı bir şübhəli əməliyyat görsəniz, dərhal bankla əlaqə saxlayın. Xüsusən yaşlı şəxslər, texnologiyaya daha az bələd ola bilərlər və onları belə hücumlardan qorumaq üçün onlara kiber təhlükəsizlik qaydaları barədə daimi maarifləndirməyə ehtiyac vardır. Maarifləndirmə sahəsində bankların daha fəal olması mümkündür. Bunun həm də bankların reputasiyasına müsbət təsir göstərəcəyinə inanıram.

Ümid edirəm ki, bu kimi istifadəçilər bu kimi qeyd edilən məsələlərə diqqət edəcək və profilaktik tədbirlər görəcəklər”.

Xəbər 4312 dəfə oxunub.



17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +