Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


09.12.2020  09:18 

Çin şirkəti peyvənd istehsalını ikiqat çoxaldacaq





A+  A-

Çinin “Sinovac Biotech” şirkəti “COVID-19”a qarşı peyvənd istehsalı gücünü ikiqat artırmaq üçün yerli mənbələrdən 515 milyon ABŞ dolları həcmində vəsait təmin edib.
XəzərNews.az şirkətin açıqlamasına istinadla xəbər verir ki, vəsait Çində və bir neçə ölkədə “Sinovac Biotech”in “COVID-19”a qarşı peyvəndinin ilkin və orta mərhələdə kliniki sınaqlarının müsbət nəticə verməsi ilə onun eksperimental tətbiqi üçün təchizatın genişlənməsini təmin etmək üçündür. Bununla şirkətin hazırkı illik 300 milyon doza peyvənd istehsalı gücü 600 milyon dozaya çatdırılacaq.

Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin “COVID-19”a qarşı peyvəndi olan “CoronaVac” Çində eksperimental qaydada istifadə olunan 3 vaksindən biridir. Bu vaksinlər artıq xüsusi risk qrupundan olan bir milyon nəfərə vurulub. “Sinovac Biotech”in peyvəndinin hazırda İndoneziya, Türkiyə, Braziliya və Çilidə eksperimental tətbiqi həyata keçirilir, Filippin ilə danışıqlar aparılır. Türkiyə COVID-19-a qarşı 50 milyon doza peyvənd alınması üçün “Sinovac Biotech” şirkəti ilə müqavilə imzalayıb. Bu ay 10 milyon doza peyvənd Türkiyəyə çatdırılacaq.



Xəbər 1790 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +