Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


10.11.2021  15:11 

“İnsanlar uşağını bağçaya qoymaq üçün rüşvət verməyə məcbur edilir”





A+  A-

“Rayonlarda kəndlərin çoxunda xarici dil müəllimi yoxdur”.

XezerNews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, VHP sədri Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, bütün idarə və qurumlarda tələb edirlər ki, ingilis və rus dilini bilməyən işçi işə götürülməsin: “O kənddə, rayonda yaşayan bu dili necə öyrənsin?”
Deputat Azərbaycan rayonlarının 95%-də kitab mağazasının olmadığını da diqqətə çatdırıb.

S. Rüstəmxanlı qeyd edib ki, işsizliyin aradan qaldırılmasının da yolları tapılmalıdır: “Yeni müəssisələr yaradılmalıdır. Bakıda neçə zavod bağlandı, onların metallarını belə satıblar. İşsizliyim ləğvi üçün yeni müəssisələrin qurulması vacibdir”.

VHP sədri Bakıda uşaq bağçalarının çatışmamasına da toxunub: “İnsanlar uşağını bağçaya qoymaq üçün rüşvət verməyə məcbur edilir”.

O, dövlət qurumlarında əhaliyə və millət vəkillərinə diqqətin artırılmasının vacibliyini də vurğulayıb: “Mən nazirliyə məktub göndərirəm cavab gəlmir, Səfa müəllim (Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev – red.) göndərir, ona cavab gəlir. 125 deputatın yerinə Səfa müəllim məktub göndərə bilməz axı...”.


Xəbər 1603 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +