Ramiz Mehdiyevə daha bir zərbə... - Məhkəmədən
Nərmin İsmayılova vəzifəsindən azad edilib
Narkotik satışı ilə məşğul olanlar tutuldu
Prezident Mehdi Sənayini qəbul edib
Tofiq Yaqublu aclıq aksiyasına başlayır
Ermənistan İranın 32-ci quberniyasına çevrilib - Politoloq
Ermənilər atəşkəsi pozub
Adil Əliyevin məhkəməyə verdiyi qazini polis saxlayıb
Bakıda piyadanı maşın vurub
Deyəcəksiniz ki, yox, bu hara, o hara?


14.12.2017  15:37 

Ailələrin dağılması üçün daha bir neçə səbəb var





A+  A-

Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfansda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə ailələrdə köməksiz qalan qadınların hüquqlarının müdafiəsi məsələni aktullaşdırır: "Hazırda dünyada ekstremizm, qarşıdurmalar ailə institutuna mənfi təsir göstərir, onu zəiflədir. Amma bununla belə, Azərbaycanda ailə institutu qorunub saxlanılır. Bu gün ailə instutuna təsir edən hallar var. Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsinə, dağılmasına gətirib çıxarır. Amma bəzən də biz valideyn və uşaqların məsuliyyət hissinin zəif olması hallarına rast gəlirik".

Azərbaycandakı nümunəvi ailələrin tərcübəsinin təbliğini vacib sayan H.Hüseynova hesab edir ki, ümumilikdə Azərbaycan ailəsinin bütövlüyü ilə fəxr etmək olar.

Komitə sədri qeyd edib ki, valideyn münasibətlərinin düzgün qurulması, böyüyə olan hörmət Azərbaycan ailəsinin əsas xüsusiyyətidir.
Bu xsusiyyətlərin milli mentalitetimizdən irəli gəldiyini nəzərə çatdıran H.Hüseynova qeyd edib ki, ölkədə ailə institutunun möhkəmlənməsi üçün zəruri tədbirlər həyata keçirilir: "Təkcə son 5 ildə 71 min 270 vətəndaş Komitənin yerlərdəki mərkəzlərinin xidmətlərindən faydalanıblar".

Xəbər 1735 dəfə oxunub.




01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +