Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


23.02.2019  11:34 

“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”





A+  A-

“Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donanması barədə təsəvvürləri də yoxdur, sadəcə bu tarixi 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə 23 fevralı uşaqlara bayram kimi təqdim edənləri tənqid edən paylaşımında yazıb.

Millət vəkili bu günü uşaqlara xatırladanları qınayıb: “Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyumuza soxdular, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Məktəblərdə oğlanların bayramı deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, Sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”

Xəbər 2041 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +