Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi


06.03.2025  15:31 

Avtobusla DAF toqquşdu: 16 yaralı var





A+  A-

Axşam saatlarında Lvov vilayətində avtobus və yük maşını toqquşub. Avtobus sürücüsü hadisə yerində ölüb, 16 nəfər yaralanıb.

XəzərNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi saat 18:00 radələrində Kiyev-Çop avtomobil yolunda, Stryi rayonunun Zaklad kəndi yaxınlığında baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının ilkin müəyyən etdiyi kimi, 62 yaşlı Stryi rayon sakininin idarə etdiyi “Etalon” markalı avtobusla 54 yaşlı Xerson sakininin idarə etdiyi “DAF” markalı yük maşını toqquşub.

Qəza nəticəsində aldığı xəsarətlər nəticəsində avtobus sürücüsü hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü və 15 avtobus sərnişini xəsarət alaraq xəstəxanalara aparılıb. Onların arasında 1, 7, 10 və 17 yaşlı qızlar, 19-64 yaş arası 10 qadın və 37 yaşlı kişi Stryi rayon sakinləridir.




Xəbər 871 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +