Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.04.2025  13:04 

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb





A+  A-

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

XəzərNews.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycan və Vyetnam dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi bildirilib.

Dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hanoy Ticarət və Turizm Kollecində, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Görüşdə həmçinin hər iki ölkənin turizm potensialının inkişafı baxımından əməkdaşlıq və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası, iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri diqqət mərkəzində olub.

Xəbər 581 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +