FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


19.10.2023  19:57 

Saxta xəbər torundan necə qorunaq? – Film/Foto





A+  A-

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Saxta xəbər torundan necə qorunaq - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə çərçivəsində maraqlı sosial çarx (qısa film) hazırlayıb. Oktyabrın 19-da sosial çarxın təqdimatı keçirildi, həmçinin, layihənin yekunları, nəticələri barədə məlumat verildi.

Xəzərnews.az xəbər verir ki, Birliyin icraçı direktoru, layihə rəhbəri Elşad Məmmədli qeyd etdi ki, layihə çərçivəsində mediada 10-dan çox məqalə dərc edilib, Musavat.Tv-də, Missiya TV-də saxta xəbərlə mübarizəyə dair 3 debat təşkil olunub. Habelə, sosial şəbəkələrdə bu materiallar geniş şəkildə yayılıb.

E.Məmmədli bildirdi ki, çəkilən sosial çarxda fake news-in toruna düşməmək üçün nələr edilməli olduğuna dair izahlar verilib, yollar göstərilib.

Daha sonra sosial çarx nümayiş olundu.



Tədbirdə iştirak edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Media Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Mətbuat Şurasının İcraçı katibin müavini İlqar Tağıyev, Missiya.TV-nin rəhbəri Nicat Dağlar çıxış edərək bildirdilər ki, saxta xəbərlə mübarizə olduqca aktual məsələdir və bununla bağlı davamlı layihələr icra olunmalı, cəmiyyət bu yöndə maarifləndirlməlidir. Onlar bu sosial çarxın mediada, sosial şəbəkələrdə geniş yer almalı olduğunu qeyd etdilər.







Xəbər 916 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +