FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


23.08.2022  17:11 

“Yəni, millət bilir, Gömrük “bilməz” - Ekspert





A+  A-

Dövlət Gömrük Komitəsi bu ilin ilk 7 ayı ilə bağlı statistik məlumatlar açıqlayıb, rəqəmlərə baxanda diqqətimi bu cədvəl çəkdi: Komitə deyir ki, bu ilin ilk 7 ayında ölkəyə aksiz markasız 0 mal idxal olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, hər şey bir qırağa, siqaret çəkənlər bilir ki, şəhərdə hansı “toçkada” aksizsiz mal satılır, yəni, millət bilir, Gömrük “bilməz”:

“İllərdir ölkədə belə bir “hekayə” dolaşır ki, məmləkətdə satılan aksizsiz malların, əsas da siqaret və spirtli içkilərin “krışası” həmişə Gömrük orqanlarında çalışan “poqonlu” müəllimlər olub. Bu yekə 0-rı görəndə həmin “şəhər əfsanəsini” xatırladım...“



Redaksiyadan: Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Bakıda aksizsiz siqaretlərin satışıyla bağlı məlumat daxil olub. Bu barədə Dövlət Gömrük Komitəsi bu gün, 19 avqust tarixində məlumat yayıb.

Nərimanovda yerləşən mənzillərin birində 128.300 ədəd aksizlə marklanmamış siqaret aşkar olunub.

Daha bir mənzil Binəqədi rayonunda qeydə alınıb. Oradan 63.800 ədəd aksizsiz siqaret götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Dövlət Gömrük komitəsinin verdiyi məlumata əsasən son 7 ay ərzində ölkəyə 961 milyon AZN-dən çox tütün və tütün məmulatları idxal olunub.

Xəbər 1430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +