İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


21.06.2022  15:50 

9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq - Məhkəmə





A+  A-

Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevaya qarşı başladılmış cinayət işi üzrə istintaq tamamlanıb.

XəzərNews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Rasim Sadıxov jurnalistləri açıq məhkəmə iclasına buraxmayıb.

İlkin məlumata görə, iclasda ittiham aktı elan olunub. Məlum olub ki, Aytac Əliyeva və bacısı İlknur Turkut aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıb pullarını alıblar. İttihama görə, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Əliyeva Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib. A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Onlar hər ikisi həbsdədir.

Aytac Əliyeva YAP Binəqədi rayon təşkilatının Qadınlar şurasının sədri olub. Sentyabr ayında keçirilən seçkilərdə şura ləğv edildiyi üçün A.Əliyeva bu vəzifəsini itirib./APA



Xəbər 1391 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +