Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi
Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ


03.04.2025  13:44 

Söyüşü bol edin, “şpaqat” açın, ona-buna kəllə atın





A+  A-

Vaxtilə tanınmaq, məşhur olmaq zəhmət, əmək tələb edirdisə, bu gün elə deyil. Populyar olmaq üçün evdə oturub bir atmaca, bir qalmaqal, bir təhqir, bir sayıqlama kifayət edir ki, elə müğənnilərin təbirincə desək, trend olasan. Fərqi yoxdur, bunu qarşılığında itin sözünü eşidəsən, abrını ətəyinə bükələr, yıxıb-sürüyələr, topa tutalar və s…

Elə, əslində, məşhur olmaq istəyən adamın da istədiyi budur. Kiminsə bostanını daşlasın, yaxud da ağzını Allah yoluna qoyub, ağzına gələni danışsın. Əvəzində söyülsün və reytinqi kəllə-çarxa çıxsın. Belə götürəndə ən rahat yol da budur. Bunu mən demirəm e, özləri etiraf edir. Dəfələrlə efirə çıxan müğənnilər özləri deyiblər ki, həmkarları qəsdən özlərini urvatdan salan videolar paylaşır, bir-biri ilə süni şəkildə qalmaqal edirlər. Çünki bilirlər ki, söyüləcəklər və bununla gündəmə gələcəklər. Bundan həzz alan müğənnilər də var. Söyüşü, təhqiri bal kimi həzm edən həmin müğənnilər söyüldükcə toylarının sayının artdığını, efirlərə daha çox dəvət aldıqlarını deyirlər.

Təəssüflər olsun ki, bu “trend”ə artıq aparıcılar da qoşulub. Aparıcı Nigar Fərhad “Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” proqramında “Atasız qızı oğluma almaram” deməsi bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə olunur. Kimi onu söyür, kimi qınayır… Əsas odur ki, adamın şəkli daha çox paylaşılır, dediyi ifadəyə hətta məşhurlar da fikir bildirirlər. Demək ki, xanımın dediyi söz “tutub”. Söyüldükcə, toyları artan müğənnilər kimi, yəqin Nigarın da bəxti üzünə güləcək. Elə onun da istədiyi bu deyildimi? Tanımayanlar da tanıdı. Başqa vaxt yada düşməyən xanım birdən-birə sosial şəbəkələrdə məşhurlaşır, hamı ondan danışır, hətta başqa vaxt onun adını bilməyən xalq artistləri belə ondan söz edir. Fərqi nədir? Pis, ya yaxşı…

Belə… Yəni bu gün məşhur olmaq istəyənlərin qısa reseptini sizinlə bölüşdüm. Siz də nə qədər çox tanınmaq istəyirsinizsə, istedadlı olmağa ehtiyac yoxdur. Söyüşü bol edin, “şpaqat” açın, imkan daxilində ona-buna kəllə atın, ağlınıza yox, ağzınıza gələni danışın… Amma belə götürəndə bunun özü də bir “istedad”dır.

Cəvahir Nehru
Yeni Çağ

Xəbər 2429 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +