Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib


19.03.2024  11:41 

Biz tələbələrin istəklərini nəzərə aldıq – Foto/Video





A+  A-

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsini başa çatdırıb.

Xəzərnews.az xəbər verir ki, Diaspora.tv-nin qonağı olan DABF-ın Təhsil və Gənclik Komitəsinin rəhbəri Yusif Məmmədov Fondun xaricdə təhsil layihəsi çərçivəsində gördüyü işlərdən danışıb.

Y.Məmmədov bildirib ki, layihənin məqsədi Azərbaycanın davamlı inkişafına fayda verəcək gənclərin dəstəklənməsi olub.

O, qeyd edib ki, Fond istedadlı 10 azərbaycanlı tələbəyə xaricdə təhsil almaları üçün müraciət prosesini öz üzərinə götürüb.

Y.Məmmədovun sözlərinə görə, Fondun layihə üzrə öhdəlikləri - namizədlərlə təhsil konsultasiyası, namizədə uyğun universitet və ixtisasların seçilməsi, universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi, qəbulların alınması, tələbələr üçün təqaüdlərin təyin olunması, təqaüdlərə müraciət proseslərinin aparılması və viza müraciətlərinin edilməsindən ibarət olub.

Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürülüb.

Qeyd edək ki, seçilmiş 10 gənc dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.

Xatırladaq ki, Fondun seçdiyi tələbələrlə müsahibələri yaxın günlərdə Diaspora.tv-də izləyəcəksiniz.



Xəbər 11458 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +