“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.10.2018  09:28 

Bütün hemofiliyalı xəstələr üçün elektron kartlar yaradılacaq





A+  A-

Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hemofiliyalı xəstələr bu kart vasitəsilə harada olmasından asılı olmayaraq - istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi tibbi xidmətlə təmin olunacaq.

G.Hüseynova qeyd edib ki, hemofiliyalı xəstələrin belə bir kartdan istifadə edə bilməsi üçün bu xəstələrin beynəlxalq reyestrinin də yaradılması çox vacibdir.

Bu məsələnin Dünya Hemofiliya Federasiyası tərəfindən artıq bütün ölkələrə təklif edildiyini deyən assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycan Səhiyyə Nazirliyi razılıq verəcəyi təqdirdə ölkəmizdəki hemofiliyalı xəstələr barəsində məlumatlar həmin reyestrə daxil ediləcək.

G.Hüseynova əlavə edib ki, ölkədə hemofiliyadan əziyyət çəkən vətəndaşların, potensial xəstələrin sayı haqqında haqqında dəqiq məlumat əldə etmək üçün hemofiliyalı insanları dövlət qeydiyyatına almaq vacibdir:

“Bu, imkan verir ki, kimsə müalicədən kənarda qalmasın, siyahılarda xəstələrin adları təkrarlanmasın, onların tələbatları öyrənilsin, qanın laxtalanma konsentratlarının paylaşdırılması və istifadəsinə nəzarət gücləndirilsin. Reyestr həmçinin hər bir xəstənin diaqnozunun düzgün təyin edilməsinə zəmanət verir. Bu üsul faktorların tətbiqinin effektivliyini qiymətləndirməyə, qanın laxtalanmasını təmin edən faktor konsentratlardan düzgün istifadə etməyə imkan verir. Əgər təhlükəsizlik və keyfiyyətlə bağlı problemləri olan hər hansı bir preparat müəyyən edilərsə və geri çağırılarsa, onlardan istifadə edən xəstələrin xəbərdar edilməsi üçün reyestrdəki məlumatlardan istifadə etmək olar”.

Xatırladaq ki, hazırda Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstə var. Onların 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. 40 yaşdan yuxarı hemofiliyalı xəstələrin sayı isə 402 nəfərdir.

Xəbər 1597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +