Baş həkimin 95 min manatını mənimsədilər
Xarkovda fövqəladə vəziyyət elan edilib
Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
“Sea Breeze”da fəhlə ustanı bıçaqladı
Səhər bəzi yerlərdə arabir yağış yağacaq
Rafael Qvaladze təqaüdə yola salınıb
Bank kartlarından 40 min manatadək pul oğurlandı
Bu yollarda sıxlıq var - Siyahı
Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu


02.06.2017  10:16 

Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan etdi





A+  A-

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İqlimə dair Paris sazişindən çıxdığını bəyan edib.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp keçirdiyi mətbuat konfransı zamanı bildirib.

“Biz Paris sazişini tərk edirik, lakin Amerika biznesi, fəhlələri və vergi ödəyiciləri üçün ədalətli şərtlərə əsaslanan bu və ya digər sazişə qoşulmağa dair danışıqlara yenidən başlayacağıq”, - deyə prezident qeyd edib.

Tramp qeyd edib ki, ABŞ-ın sonrakı addımları ədalətli razılaşma əldə edilməsinin mümkünlüyündən asılı olacaq.

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.

Xəbər 1197 dəfə oxunub.




10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +