Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub
Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı
Arvadımın çılpaq videolarını yaydı - Məhkəmə
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib


05.10.2020  22:10 

Ermənilər Ağdam və Goranboyu atəşə tutub - Ölənlər və yaralananlar var





A+  A-

Azərbaycan Respublikası Baş Prokurorluğu cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda deyilir:

"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə Ağdam rayonunun müxtəlif istiqamətlərində intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olmuş, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Bundan başqa, düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakinləri 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olmuş, eyni zamanda top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir".

Xəbər 3203 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +