Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


07.09.2022  16:17 

Polis “Papanin”də əməliyyat keçirdi





A+  A-

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin” kimi tanınan Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib.

XəzərNews.az DİN-in Mətbuat xdmətinə istinadən xəbər verir ki, ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha Murad Muxtarov, Ədalət Camalov, Dilavər Qasımov, Rauf Mirzəyev, Zülfi Xəlfəquliyev və Faiq Sadıqov tutulublar. Həmin şəxslərin hər birindən külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri istifadə etməklə yanaşı paytaxt ərazisində satışı ilə də məşğul olduqlarını da bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu, son 1 ay ərzində “Papanin”dəki üçüncü əməliyyatdır. Həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 20-yə yaxın şəxs saxlanılıb.

Nəsimi RPİ tərəfindən keçirilən daha bir əməliyyat zamanı 3-cü mikrorayon ərazisində yerləşən marketlərin birində quraşdırılan “E-manat” terminalını qıraraq orada olan 8400 manatı oğurlayan şəxslər tutulublar. Əməliyyat zamanı hadisəni törədən Tahib Əmiraslanov və Eldar Zeynalov saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslər ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. Tahib Əmiraslanov və Eldar Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə digər ərazi polis orqanlarına məlumat verə bilərlər.

Xəbər 1399 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +