Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


19.07.2017  10:37 

Mətbuatı dovşana bənzədən İlhaməyə cavab - “Kol dibində nə gəzirdin ki?..”





A+  A-

Teleaparıcı İlhamə Bədəlova dünən idarə etdiyi “AA” dövlət nömrə nişanlı ağ “Gelandewagen”i çəkən və ictimailləşdirən mətbuat nümayəndələrinə, guya, öz aləmində reaksiya verib. Onları kol dibindən boylanan dovşana bənzədib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” həm sözügedən xəbəri, həm də bu xəbərə aparıcının reaksiyasını dərc etdiyi üçün Bədəlova haqqında bir neçə məqamı qeyd etməyi zəruri sayır.

Məlumat üçün bildirək ki, İlhamə Bədəlova Azərbaycanda hansı televiziyaların efirində görünübsə, oradan mətbuata qarşı həmişə aqressiyası ilə fərqlənib. Bu günə qədər aparıcılıq etdiyi heç bir verilişlə diqqət mərkəzinə düşməyi bacarmayan bu qız, yalnız və yalnız media üçün hansısa bahalı maşının və ya kişinin yanında maraqlı görünüb... Yəni, qadın özü ayrıca bir obraz kimi maraqlı deyil. Yalnız bahalı maşının yanında görünəndə təəccüb doğurur. Hələ bu avtomobilin və nömrənin kimə məxsus olduğunu öyrənmək üçün kiçik bir araşdırma aparsaq, ortaya nələr çıxacaq? Bu isə ayrı bir yazının mövzusudur.

İki dəfə hansısa duzsuz verilişin efirinə çıxandan sonra özünü məşhur, tanınmış biri sayan İlhamə Bədəlova gah türkiyəli, gah da azərbaycanlı sevgililəri ilə mətbuatda yayılan fotolarını sildirmək üçün üz tutmadığı qapı qalmır. Buna nail ola bilməyəndə isə mediaya aqressiya nümayiş etdirir. Əslində nə bu mövzu şişirdilməli, nə də aparıcıya yazı həsr olunmalıdır...

Adamı kol dibində dovşana bənzədənə qayıdıb deyərlər ki, başını soxmusan kola, qalan yerindən xəbərin yoxdur. Sadəcə, bir qızcığaz bahalı nömrəli lüks avtomobildə diqqət çəkib. Əgər bu İlhamə Bədəlovadırsa, onda maraq təbii qarşılanmalıdır. Çünki həqiqətən də ortada tərs mütənasiblik var...

Xəbər 1444 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +