Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı


05.02.2025  12:14 

ABŞ qoşunları Qəzzaya girəcək?





A+  A-

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına nəzarət yaratmaq niyyətini açıqlayıb və Amerika qoşunlarının bölgəyə yeridilməsi imkanını istisna etməyib.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, fevralın 4-də ABŞ-a səfər edən İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp qeyd edib ki, ABŞ ərazinin idarə olunmasına görə məsuliyyəti öz üzərinə götürəcək. Onun sözlərinə görə, ABŞ minaların təmizlənməsi, təhlükəli hərbi sursatların və partlamamış silahların sıradan çıxarılması üçün də tədbirlər görəcək. Bundan əlavə, o, Qəzza zolağında təhlükəsizliyi təmin etmək üçün Amerika hərbçilərinin göndərilməsini istisna etmir.

“The New York Times” belə bir ssenarinin “Yaxın Şərqdə heyrətamiz hadisə” olacağını qeyd edib.

Jurnalistlər bildiriblər ki, görüş zamanı Tramp qəzzalıların köçürülməsi zərurəti ilə bağlı mövqeyini dəfələrlə təkrarlayıb. Onun fikrincə, İordaniya və Misir onları qəbul etməlidir.

Mətbuat konfransında Trampdan ABŞ-ın nəzarətində olan Qəzza zolağında kimin yaşayacağı soruşulub. O, cavab verib ki, region bütün dünyadan insanları, xüsusən də fələstinliləri cəlb edəcək.

Xəbər 2556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +