Ramazan ayının başlanması ilə bağlı fətva verilib
Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək
Azərbaycanlı hotel otağında ölü tapıldı
Hüseyn Abdullayevə hökm oxundu
İnsanlar narkozdan niyə ölür?
Rayon yollarında vəziyyət necədir?
Keçmiş rəis müavini vəfat ETDİ
Valideynlə mübahisə ölümlə nəticələnib?
Alver yox, hamı dükanları bağlayır...
Bakıda bu küçə və prospektlərdə sıxlıq var


24.02.2025  15:03 

Türk iş adamı 20 min manat cərimələndi





A+  A-

Azərbaycanda külli miqdarda vergi borcu olan türkiyəli iş adamı 20 min manat cərimələnib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Taha İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və qanuni təmsilçisi Eyyup İnak barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Türkiyəli iş adamı barəsində Zəngilan rayon prokuroru, ədliyyə müşaviri Qibləli Kərimov araşdırma aparıb. Məlum olub ki, Eyyup İnakın Zəngilan rayonu, Ağbənd qəsəbəsi ərazisində tikinti işlərini həyata keçirən şirkəti fərdi sahibkar kimi işçiləri işə götürüb.

Məhkəmənin qərarı ilə Eyyup İnak İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Cərimə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan "Taha İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 168939.28 AZN vergi borcu var.


Xəbər 349 dəfə oxunub.




27.02.2025  11:14 

Hüseyn Abdullayevə hökm oxundu

27.02.2025  10:36 

İnsanlar narkozdan niyə ölür?

27.02.2025  09:58 

Azərbaycanda zəlzələ oldu

27.02.2025  08:41 

Qar nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +