Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


18.09.2021  15:54 

Lotu Qulinin qəbri üstündə qətl - TƏFƏRRÜAT





A+  A-

Bu ilin yanvarında İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifovun məzarı başında törədilən qətl işi üzrə istintaq tamamlanıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Lotu Qulinin məzarı üstündə Əli Həşimovu öldürməkdə ittiham olunan Kənan İmanzadəyə prokurorluq ömürlük həbs cəzası tələb edir.

Bu hadisə həmin şəxslərin Lotu Qulinin İstanbul Esenyurt rayonundakı Gülvadi qəbiristanlığındakı məzarını ziyarət edərkən baş verib. Bakırköy Cümhuriyyət Prokurorluöğunun hazırladığı ittiham aktında bu qətlin təfərrüatı yer alır. Kənan İmanzadə ifadəsində bildirir ki, Rusiyadan zəng vuran dostu Əlinin onu öldürmək üçün killer qismində İstanbula göndərildiyini bildirib.

“Biz bu məsələni müzakirə etmək üçün mənəvi qardaşı hesab etdiyi Nadir Səlifovun məzarı başına getdik. Əli ilə mübahisə etdik, onu itələyərək yerə yıxdım. Daha sonra qaldıraraq qucaqladım. Əliyə silahı verərək sakitləşməsi üçün havaya atəş açmasını istədim. Ancaq Əli silahı başına dayadı. Silahı əlindən almaq istəyəndə atəş açıldı, mən qolumdan yaralandım. Xəstəxanaya gedəndə Əlinin öldüyünü eşitdim”, - o bildirib.
Lakin istintaq bu versiyaya inanmayıb və Kənan İmanzadənin Əli Həşimovu qəsdən öldürdüyü qənaətinə gəlib. Onun barəsində qəsdən adam öldürmə və icazəsiz silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb, barəsində ömürlük həbs cəzası tələb edilib.

Hər iki şəxsin kriminal çevrələrə bağlı olduqları bildirilir. O vaxt yayılan xəbərlərdə deyilirdi ki, Əli Həşimovun Kənan İmanzadəyə borcu olub və o, borcunu həyatı ilə ödəyəcəyini deyərək özünü vurub.

Lotu Quli 2020-ci ilin avqustunda Antalyadakı otellərdən birində “Xan Bakinski” ləqəbli Xaqan Əhmədov tərəfindən güllələnib.

Xəbər 1738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +