Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.03.2023  13:45 

Oruc tutduğunu unudaraq cinsi əlaqədə olarsa...





A+  A-

Cinsi əlaqə hətta kişi cinsiyyət üzvü yalnız sünnət yerinədək daxil edilsə və sperma ifraz olmasa belə, orucu batil edir.

XəzərNews.az xəbər verir ki, əgər cinsiyyət üzvünün sünnət yerinədək olan hissəsindən az hissəsi daxil olarsa və sperma da ifraz olmazsa, oruc batil olmur. Lakin sünnət yeri olmayan şəxsin cinsiyyət üzvünün sünnət yerindən az hissəsi belə daxil olarsa, orucu batil olur.

Əgər insan qəsdən cinsi əlaqədə olarsa və sünnət yerinədək daxil olub-olmadığına şəkk edərsə, istənilən halda əgər insan orucu batil edən bir iş görməmişdirsə, kəffarə ona vacib deyil.

Əgər insan oruc tutduğunu unudaraq cinsi əlaqədə olarsa, yaxud cinsi əlaqədə olmağa məcbur edilərsə, yəni qeyri-ixtiyari surətdə cinsi əlaqədə olarsa, orucu batil olmur.

Lakin cinsi əlaqə əsnasında xatırladıqda, yaxud məcburiyyətdən azad edildikdə və artıq ixtiyarı öz əlində olduqda, dərhal cinsi əlaqəni başa çatdırmalıdır və əgər başa çatdırmazsa, orucu batildir./Mənbə: Ayətullah əl-uzma Seyid Əli Hüseyni Sistani


Xəbər 5477 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +