“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


18.05.2023  15:17 

Rusiya-İran yaxınlaşması - Azərbaycan udur, yoxsa...





A+  A-

Regionda çox mürəkkəb proseslər cərəyan edir. Şimal və cənub qonşularımız olan Rusiya ilə İran arasında enerji və nəqliyyat sahəsində strateji əməkdaşlıqlara imza atılır.

İki ölkə arasındakı yaxınlaşmanın perspektivləri və riskləri ciddi şəkildə dəyərləndirmə tələb edir. Həqiqətən də, səciyyələndirilməsi kifayət qədər ciddilik tələb edən situasiyadır. Çünki İranla Azərbaycan arasında buzlar hələ də əriməyib. Mütəffiqimiz Rusiya isə İran arasında regionun taleyində ciddi rol oynayacaq müştərək layihələr reallaşdırılır.

Bəs, bütün bunlar İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Rusiya və İran arasında Rəşt -Astara dəmir yolunun tikintisinə dair (170 km-lik) saziş imzalandı. Bu dəmir yol xətti Şimal-Cənub nəqliyyat dəhlizini birləşdirmiş olacaq. 170 km-lik hissə iki istiqamətdə inşa olunacaq. Birincisi, xəttin Astara (Azərbaycan) - Astara (İran) hissəsi üç ölkənin – Azərbaycan, İran və Rusiyanın dəstəyi ilə tikiləcək. Digər hissəsi isə yenə də İran və Rusiyanın iştirakı ilə reallaşmış olacaq. Azərbaycan növbəti və mühüm imkanlar əldə etmiş olur. Belə ki, Azərbaycan bu layihədə iki şəkildə bəhrələnmiş olacaq: həm Avropaya gedən mallar Azərbaycan vasitəsilə daşınacaq, həm də digər ölkələrdən gətirilən mallar İranın limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırılacaq.

İranla Azərbaycan arasında münasibətlərin gərgin fazadan çıxarılması missiyasını Rusiyanın həyata keçirəcəyi şübhə doğurmur.

Dəmir yol xəttinin iqtisadi-maliyyə tərəfləri ilə bağlı kritik səciyyələndirməyə ehtiyac yoxdur, amma düşünürəm ki, bu xətt qonşular arasındakı münasibətlərin korrektə olunmasında çox ciddi rol oynayacaq.

Rusiya dövləti bu layihəni “nəqliyyatda inqilab” kimi xarakterizə edir. V.Putinin "Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir” fikirləri kifayət qədər iqtisadi və siyasi mesajlarla zəngindir.

Görünən budur ki, Rəşt-Astara dəmir yolu Rusiya-İran və Azərbaycan müştərək və mühüm nöqtədə birləşdirəcək. Azərbaycandan Qara dənizə daşınan mallar bu məsələdə ölkəmizin qlobal əhəmiyyətini də artırmış olacaq. Yəni, söhbət təkcə Rusiya və İran arasındakı razılaşmadan getmir.

Samir Feyruzov

Xəbər 1147 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +