Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


10.03.2017  14:56 

“Dövlət bu yükü üzərinə götürə bilmir”





A+  A-

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanunun müzakirəsi başlayıb.
XəzərNews.az xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, 65 yaş məsələsi cəmiyyətdə çox ciddi müzakirə olunur.

“Bu gün təklif olunan layihədə yaş həddinin bərabərləşdirilməsi nəzərdə tutulur. Əhalinin elə bir kateqoriyası var ki, onlar yaşa görə pensiyaya çıxmaqda maraqlı deyillər. Onlar daha çox yaş müddətinin olmasını istəyirlər. Amma bəziləri də daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyirlər. Bu baxımdan, hansı ideal variantın tapılması çox mürəkkəb məsələdir. Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb”-deyə, deputat əlavə edib.

F.Mustafa pensiya yaşının artırılmasının əsl səbəbindən də bəhs edib: "Büdcədə neft vəsaitləri az olduğuna görə, dövlət bu yükü üzərinə götürə bilmir. Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil. Yaponiyada, Almaniyada 67 yaşdır, yəni bizdən çoxdur. Sadəcə, orada məşğulluq alternativləri genişdir. Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır. Digər tərəfdən bizdə orta ömür həddi 70-in altındadır, bir çox insanlar müalicə olunmaq imkanından məhrumdurlar. Xüsusən də, pensiyaçı insanların müəyyən problemləri var. Özünüz fikirləşin, hansısa xəstəliklə bağlı müayinə olunmaq 140-160 manatdır. Deməli, bir təqaüdçü öz pensiyası ilə yalnız bir dəfə müayinə olunmaq imkanına malik olacaq. Müalicə xərcləri çox bahadır. Daha çox inkişaf etmiş ölkələrdə tibbi sığortaya görə orta ömür yaşı yüksəkdir”.

Millət vəkili Əli Məsimli isə təklif edib ki, qadınların pensiya yaş həddi ən yaxşı halda 62 və ya 63-ə qaldırılsın.

Müzakirələr davam edir.

Xəbər 3069 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +