Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


10.06.2020  11:54 

Qiyas İbrahimov sərbəst buraxıldı





A+  A-

Dünən yaşadığı binanın damına çıxaraq təkbaşına etiraz aksiyası keçirən ictimai fəal Qiyas İbrahimov sərbəst buraxılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Q.İbrahimov “Meydan TV”yə müsahibəsində deyib ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Nizami RPİ-nin 25-ci Polis Bölməsinə aparılıb. Orada ona bildirilib ki, protokola uyğun olaraq məhkəməyədək bölmədə saxlanılacaq. Bu gün səhər saatlarında isə bölmə rəisi Q.İbrahimovu qəbul edərək sərbəst buraxıldığını, amma məhkəməyə çağırılacağını bildirib.

Q.İbrahimov hazırda evindədir və gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi açıqlamasında bildirilir ki, Q.İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. O, xilas olunduqdan sonra ərazi üzrə polis bölməsinə aparılıb.

Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddə təqsirləndirilən şəxsin günahı məhkəmədə sübuta yetirilərsə, onun barəsində əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya on beş günədək müddətə inzibati həbs qərarı tətbiq olunur.

Xəbər 1710 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +