İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


18.12.2023  17:08 

“Azərsu” aylığı 3 300 manata pikap kirayələyir





A+  A-

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) 20 ədəd pikap tipli avtomobil icarəyə götürür.

Xəzərnews.az xəbər verir ki, Bakı, Sumqayıt və Abşeron yarımadası üzrə sayğacsız abonentlərə suölçən cihazların quraşdırılması işlərinin operativ və keyfiyyətli aparılması üçün Nəzarət Ölçü Cihazları İdarəsinə tələb olunan avtomobillər "Universal Motors" MMC-dən icarəyə götürüləcək.

İcarə müddəti 6 aydır. "Azərsu” ASC 20 pikapın 6 aylıq icarəsi üçün şirkətə 396 480 AZN ödəyəcək. Bu halda bir avtomobilin aylıq icarə haqqı 3 304 AZN edir.

"Universal Motors” MMC 30 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi, ev 77, mənzil 80-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramil Şahmurad oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir./Qaynarinfo

Xəbər 1500 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +