Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


26.10.2017  10:57 

Bu il neçə nəfər birinci sinifə gedib?





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 46 798 şagird I sinifdə təhsil alır.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, həmin şagirdlərdən 46 338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan I sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib.

Bildirilib ki, 460 şagird isə tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək I sinfə qəbul olunub.
Qeyd edək ki, hər il olduğu kimi, 2017-2018-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında həyata keçirilib. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir. Onlardan 41210 nəfəri 6 yaşı tamam olan, 5588 nəfəri 6 yaşı tamam olmayanlardır.

BŞTİ-nin nəzdindəki 160 nömrəli Klassik Gimnaziyada 285 nəfər, 287 nömrəli "Zəkalar” liseyində isə 101 nəfər I sinif şagirdi təhsil alır. Şagirdlərin 146-ı Azərbaycan, 240-ı rus bölməsindədir.

Xatırladaq ki, 2017-2018-ci dərs ili üzrə uşaqların I sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçiblər. Ümumilikdə, dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin əsas qayəsi ondan ibarətdir ki, bütün məktəb yaşlı uşaqlar icbari təhsillə təmin olunmalıdır.

Xəbər 1351 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +