Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


25.10.2017  12:05 

Bakıda çörəyin içindən bu da çıxdı - FOTOLAR





A+  A-

Bakıda mağazadan alınan çörəyin içindən taxta qırıntısı çıxıb.
"Çörəkçi" zavodu istehsal etdikləri çörəyin içərisindən taxta qırıntısının çıxması ilə bağlı araşdırma aparıb. Zavodun baş texnoloqu Minarə İsgəndərova AzNews.az-a bildirib ki, fakt üzrə aparılan tədqiqat yekunlaşıb. Məlum olub ki, çörəyin içərisində olan bərk cisim istehlakçının iddia etdiyi kimi taxta qırıntısı deyil, preslənmiş buğda dənəcikləridir. "Biz çörəyin tərkibini minerallarla, vitaminlərlə zənginləşdirmək üçün ona təbii buğda dənəcikləri əlavə edirik. Çörəyin içərisinə təsadüfən düşən də preslənmiş dənəciyin bir hissəsi olub. Hansı ki, onu xırdalayıcı aparatlar belə bəzən doğramaqda çətinlik çəkir".- deyə baş texnoloq qeyd edib

***

Şəhər sakini Nigar Əliyeva bildirib ki, yaşadığı evin yaxınlığında yerləşən mağazadan "Sağlam çörək" alıb. Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən Nigar Əliyeva, diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. N.Əliyevanın sözlərinə görə, ailədə hər gün bu çörəkdən istifadə edirlər, ancaq indiyədək belə bir mənzərə ilə qarşılaşmayıblar.

Qeyd edək ki, qablaşdırılan çörəyin əmtəə nişanında istehsalçının Sumqayıtda yerləşən "Çörəkçi" zavodu olduğu göstərilib. Gündəlik istehsal gücü 100 ton olan zavod Almaniyadan gətirilmiş avadanlıqlarla təchiz edilib. Buna baxmayaraq, istehlakçının qarşılaşdığı fakt zavodda gigiyenik qaydalara nəzarəti sual altında qoyur.

"Çörəkçi" zavodundan faktla bağlı bildirildi ki, bu barədə zavodun "Qaynar xətt"inə müraciət daxil olub və müvafiq araşdırmalara başlanılıb.







Xəbər 1936 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +