“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


13.12.2023  05:56 

Şuşadakı otellərin qazancı kəskin artıb





A+  A-

Şuşadakı otellərin qazancı kəskin artıb.

Xəzərnews.az Fed.az-a istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayının nəticələrinə əsasən Şuşa otelləri gəlirlərinin həcminə görə digər turizm mərkəzi olan Şəkini geridə qoyub.

2023-cü ilin ilk 9 ayında Şuşadakı otellərdə 12 min nəfərə yaxın qonaq olub. Onlardan 9,8 min nəfəri Azərbaycan vətəndaşı, 2,2 min nəfər isə əcnəbidir.

Qeyd edək ki, 2022-ci ildə Şuşa otelləri 14 min nəfərdən çox qonağa xidmət göstərmişdi ki, bunun da 1800 nəfərini əcnəbi təşkil edirdi.

Şuşadakı otellərin gəlirləri də kəskin artıb. Belə ki, Şuşa otelləri 2022-ci il ərzində 2 milyon manat qazandıqları halda, 2023-cü ilin 9 ayında bu rəqəm 3 milyon manata çatıb, ilin sonunadək isə rəqəmin 4 milyon manatı keçəcəyi gözlənilir.

Şuşa bu göstəriciyə görə turizm mərkəzlərindən olan Şəkini geridə qoyub – "Gülüş şəhəri"ndəki otellər 9 ayda cəmi 2,7 milyon manat qazanıblar.

Maraqlıdır ki, Şuşadakı otellərin gəlirinin böyük hissəsi otel nömrələrinin satışından deyil, restoranlardakı xidmətlərdən daxil olub.

Bununla yanaşı, hesabat dövründə Şuşada otellərin tutumluluğu yalnız 16% təşkil edib. Bu, ölkə üzrə 20,8% təşkil edən ümumi göstəricidən aşağıdır.

Xəbər 1877 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +