Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


20.04.2023  11:08 

Naxçıvan Doğum Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib





A+  A-

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib. Bu haqda əmri Naxçıvan səhiyyə naziri vəzifəsini icra edən Samir Sadıxov imzalayıb.

Baş həkim vəzifələrinin müvəqqəti icrası onun müavini Nəzakət Quliyevaya həvalə olunub.

XəzərNews.az xəbər verir ki, mərkəzdəki rüşvət və xəstələrə qarşı qeyri-insani münasibət haqda “Gündəlik Naxçıvan” bir neçə araşdırma yazıları hazırlayıb, paylaşıb.

Araşdırmalar zamanı üzə çıxıb ki, Kəmalə Qurbanova rüşvət verməyən xəstələrə doğuş ağır keçsin deyə, xüsusi iynələr vururmuş. Belə iynələr, bəzi hamilə qadınlar və onların bətnindəki uşaqların ölümünə səbəb olmuşdu.

Araşdırmalardakı faktlar və zərərçəkənlərin şikayəti əsasında Kəmalə Qurbanova və mərkəzin bəzi həkimlərinə qarşı üç ay öncə bir neçə maddə ilə cinayət işi açılmışdı.

İttihamlardan biri də vəzifə səhlənkarlığlna görə ölümə səbəb olmaqdır.

Cinayət işinin gedişi ilə bağlı ətraflı məlumat verilmir.

Baş həkimin vəzifəsini icra edəcək Nəzakət Quliyevanın da adının rüşvətxorluq və digər qanun pozuntularında hallandırıldığı bildirilir.

Xəbər 1129 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +